İran-Ermənistan münasibətləri: Faktlar danışır
İran-Ermənistan münasibətləri: Faktlar danışır
05.10.2021 Elçin Mirzəbəyli Tərəfindən

Hər il Ermənistanda və İranda hər iki tərəfin iş adamlarının iştirakı ilə bir neçə biznes-forum keçirilir.

Sonuncu biznes-forum bir neçə ay öncə (20-30-iyun 2021-ci il) İrəvanda baş tutub və forumda İranın 25-dən çox şirkəti iştirak edib. Forumun işinə İranın elm və texnologiya üzrə vitse-prezidenti Mehdi Eliassi də qatılıb və həmin dövrdə Ermənistanın iqtisadiyyat naziri vəzifəsini icra edən Vaan Kerobyanla birlikdə “ağıllı şəhər” layihəsinin həyata keçirilməsi barədə razılığa da gəliblər.

İran Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən bütün layihələrə Ermənistanla birlikdə alternativlət tapmağa çalışıb və təbii ki, onların əhəmiyyətli hissəsini yerinə yetirə bilməyib. Tehranla İrəvanın bu məqsədlə imzaladıqları 180-dən çox müqavilənin əhəmiyyətli hissəsi maliyyə çatışmazlığı ucbatından icra olunmayıb, amma icra olunanları da var. Məsələn, Azərbaycanla Türkiyə arasında “Ümid körpüsü”nün açılışından dərhal sonra Tehran hərəkətə keçərək Araz çayı üzərindən İranla Ermənistanı birləşdirən körpünün inşasına başlayıb.

2005-ci ildə Ermənistanda külək elektrik stansiyası inşa edib.

2007-ci ildə Meğri ilə Qafanı birləşdirən 91 kilometrlik yolun inşasını maliyyələşdirib və işin əhəmiyyətli hissəsini də İran şirkətləri yerinə yetitiblər.

2007-ci ildə İran-Ermənistan qaz kəmərinin birinci hissəsinin, 2008-ci ildə isə ikinci hissəsinin açılışı olub.

Bundan başqa, özlərinin dediyi kimi, iki qardaş ölkənin elektrik enerjisinin mübadiləsi milə bağlı çoxsaylı layihələri var. 2016-cı ildə Ermənistanın İranla həmsərhəd ərazilərinin qazlaşdırılmasına başlanılıb və lahiyəni də İran şirkətləri həyata keçirir.

2017-ci ildə açılışı olan Meğri Azad İqtisadi Zonası layihəsinin icrası iqtiqamətində işlər davam etdirirlir.

Araz çayı üzərinə Su Elektrik Sransiyasının inşası, “Fars” körfəzi-Qara dəniz dəhlizi, Türkmənistan-İran-Ermənistan qaz mübadiləsi, mültimodal tranzit daşınmaları və dogər bu kimi layihələr müzakirə mərhələsindədir.

2016-cı ildən başlayaraq, İran Ermənistan vətəndaşları üçün vizasız-gediş gəliş rejimi təqbiq edib.

Hazırda Ermənistanda 5 mindən artıq İran şirkəti qeydiyyatdan keçib və onların əhəmiyyətli hisəsi fəaliyyətini davam etdirir.

Siyasi şərhçi Elçin Mirzəbəyli

Visiontv.az