İran Azərbaycanda amerikalılara hücum edə bilər - İDDİA
07.01.2020

Amerikalı ekspert Paul Stronski İranlı general Qasım Süleymaninin öldürülməsini şərh edərkən bunun Azərbaycana da təsiri olacağını söyləyib:

Visiontv.az-ın verdiyi xəbərə görə, “İranın cavabı ABŞ-ın Qafqazdakı maraqlarına istiqamətlənə biıər. Bu Azərbaycanı və Azərbaycanın qonşularını düşündürməlidir. Vəziyyət bölgə üçün iqtisadi risklər doğura bilər. Azərbaycan sakitliyini qorumalıdır. İranın üçüncü dövlətlərdə ABŞ maraqları və vətəndaşlarına hücum etmək təcrübəsi var. Mən Azərbaycan olsaydım, həm Tehranı, həm də Vaşinqtonu torpaqlarımın münasibətləri aydınlaşdıracaq bölgə olmadığına inandırmağa çalışardım. 

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün ölkədəki vətəndaşklarına ehtiyatlı davranmaları barədə xəbərdarlıq edib. 

Eurasia Diary