İran Azərbaycana qarşı Ermənistanın yerini alır
İran Azərbaycana qarşı Ermənistanın yerini alır
12.08.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycanın ikinci Qarabağ müharibəsində qalib gəlmsəsi, hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə mövqeyinin güclənməsi İran hakimiyyətinin Azərbaycana düşmən siyasəti sərgiləməsinə gətirib çıxarıb.

Hazırda region ölkələrinin, həmçinin Ermənistanın da qəbul etdiyi, yeni reallıqları Tehran rejimi qəbul etmək istəmir. Bunun əsas səbəbi Türkiyə Azərbaycan birliyinin formlaşaması fonunda Azərbaycanın güclənməsidir.

10 noyabr Birgə Bəyannamənin imzalanaması ilə başa çatan ikinci Qarabağ müharibəsinin ortaya çıxardığı geosiyasi reallıqlarını qəbul etməyəcəyini elan edən Tehranın əsas məqsədi "Zəngəzur" dəhlizinin açılmasına qarşı olmasıdır. Halbuki, Zəngəzur dəhlizi iqtisadi əlaqələri nəzərdə tutur və buaradan İranın da istifadə etməsində heç bir problem görülmürr. İran "Zəngəzur" dəhlizini siyasiləşdirərək Türkiyə və Azərbaycan arasında quru əlaqəsinin qurulmasını, bununla da regionda Ankaranın geosiyasi mövqeyinin güclənməsini qəbul etmir.

Bundan əlavə, dəhlizin açılması ilə Türkiyənin Mərkəzi Asiyaya açılmı fonunda türk birliyinin formalaşmasına gətirib çıxaracaq. Ona görə də Tehran sərt bəyanatalar verməklə, regionda deustiriktiv siyasət ortaya qoyub. Zəgəzurda İranın konsulluq açması məhz dəhlizə qarşı olduğunun göstəricisidir.

Qeyd edim ki, İran Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə anti-türk təbliğatı, ölkənin bütövlüyünə qarşı məzhəb siyasətindən istifadə edərək düşmənçilik siyasəti aparır. Bu gün Ermənistanın edə bilmədiyini Tehran Azərbaycana qarşı edir. Zəngəzurda İran konsulluğu birbaşa SEPAH-ın qərargahıdır və buradan Azərbaycanın fəaliyyəti izlənilir.

Qeyd edim ki, İranın Azərbaycana qarşı siyasəti nəticə verməyəcək.

Bir neçə gündən sonra "Şimal Cənub Nəqliyyat" dəhlizi üzrə Azərbaycan, Rusiya və İran nümayəndə heyəti görüşü keçiriləcək. Burada İranın Zəngəzur dəhlizi məsələsində tutduğu mövqe müzakirə ediləcək. Region ölkələri dəhlizin açılmasını istəyirsə, İranın bu siyasəti nəticəsiz qalacaq.

siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az