İran İslam Respublikası atom bombası yaratmaq ərəfəsindədir və bunun qarşısını almaq üçün nəsə etmək lazımdır.
Bu barədə ABŞ-in 9 beyin mərkəzinin birgə bəyanatında xəbərdarlıq edilib.
"İslam Respublikası bir neçə gün ərzində bir neçə nüvə silahı istehsal etmək üçün lazım olan uranı istehsal edə bilər və bunun qarşısını almaq üçün təcili tədbirlər görülməli, Amerikanın növbəti prezidenti etibarlı hərbi variantları nəzərdən keçirməlidir",- bəyanatda bildirilib.
Bəyanatda deyilib ki, dünyanın diqqətinin İsrail-HƏMAS müharibəsinə və 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə yönəltdiyi bir vaxtda Tehran davamlı və sakit şəkildə nüvə zənginləşdirmə fəaliyyətlərini artırıb.
visiontv.az