İran ABŞ ordusunu terror təşkilatı elan edən qanun layihəsi qəbul etdi
13.01.2020

Prezident Həsən Ruhani İran parlamentinin ABŞ ordusunun terror təşkilatı elan edilməsi ilə bağlı qanun layihəsini təsdiq edib.

Visiontv.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, Pentaqon və ABŞ-ın Mərkəzi Komandanlığına (CENTCOM) bağlı bütün qurumlar və şirkətlər terror təşkilatı, onların ixtiyarında olan bütün qüvvələr isə terrorçu hesab olunurlar.

Qeyd edək ki, qanun layihəsi general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra yanvarın 7-də parlamentdə qəbul olunub.