İran ABŞ-ın danışıqlara başlamaq təklifini rədd edib
09.01.2020

İranın BMT yanında daimi nümayəndəsi Məcid Təxt-Rəvançı ABŞ-ın danışıqlara başlamaq və əməkdaşlıq barədə təklifini rədd edib.

Visiontv.az-ın İRNA-ya istinadən verdiyi məlumatı görə, o bildirib ki, ABŞ-ın əməkdaşlıq təklifini qəbul etmək mümkün deyil, çünki Vaşinqton İrana qarşı sanksiyalar tətbiq edir.

Rəvançı ABŞ-ın əməkdaşlıq təklifini ağlasığmaz adlandırıb, bildirib ki, ABŞ düşmənçiliyi davam etdirdiyi müddətdə danışıqların heç bir mənası yoxdur.