İqtidarın təbliğat maşını cəmiyyəti sülhə hazırlaya bilirmi? - Şöhrət El-Dəniz
İqtidarın təbliğat maşını cəmiyyəti sülhə hazırlaya bilirmi? - Şöhrət El-Dəniz
11.01.2021 Şöhrət El-Dəniz Tərəfindən

Müharibədən sonra sülh danışıqları cəmiyyət tərəfindən həmişə qeyri-populyar qarşılanan qərarların verilməsi ilə nəticələnir. Və bu amildən müxalifət iqtidarı tənqid etmək vasitəsi kimi istifadə edir. Ona görə sülhə gedən iqtidarın təbliğat maşını cəmiyyəti, vətəndaşları qəbul edəcəyi qərarlara hazırlamalıdır.

Mənim fikrimcə Ermənistan mətbuatı və televiziyaları, sosial şəbəkələr bu işin öhdəsindən gəldi. Məğlub olmuş cəmiyyətin yığılıb qalan mənfi emosiyalarını (par buraxmaq) çölə çıxartmağa imkan verdi. Müharibənin ermənilər üçün hansı acınacaqlı vəziyyət yaratdığını, o cümlədən gələcəkdə bağlanacaq sülh müqaviləsinin əhəmiyyətini sıravi erməni vətəndaşına anlada bildi. Baxmayaraq ki, erməni müxalifəti əlindən gələni etdi və edir ki, Paşinyanı düşmən etsin. Amma edə bilmir. Bu gün erməni əsgərinin valideyini mitinqə çıxıb Paşinyana etiraz edib deyirsə ki, “bizim övladları Azərbaycanın ərazisi olan Qarabağa göndərməyin”, deməli Nikol məqsədinə çatıb. Bu etirazlar Paşinyana yox, onun əleyhinə gedən və müharibə istəyən müxalifətə qarşı yönəlib. Əslində bu gün Ermənistan müxalifəti Paşinyana qarşı, sülh tərəfdarlarına qarşı nə addım atırsa atsın özünə qarşı çevrilir. Bunu rəsmi Kreml də başa düşür. Ona görə Paşinyanı devirmək üçün rus dəsti xəttinə uyğun sərt və çirkli addımlar atmır. Paşinyan isə mətbuat və sosial şəbəkənin gücündən istifadə etməklə etirazların yönünü dəyişə bildi. O erməni cəmiyyətinə Qarabağın Ermənistana aid olmadığını təlqin edir.

Müharibənin bitməsindən təqribən 60 gün keçib. Azərbaycanın televiziya və yazılı mətbuatı post-müharibə dövründə təbliğat siyasətini düzgün qura bildimi? Bir mənalı olaraq yox. Ona görə də siyasi hakimiyyətin sülh razılaşmalarından irəli gələn məcburi qərarları, cəmiyyətdə bir mənalı qarşılanmayacaq. Və qarşılanmır da. Pandemiya, qiymət artımı, sosial gərginlik və müharibədən sonrakı vəziyyət siyasi elitanını mənfi obrazını formalaşdırmaqdadır.

Visiontv.az