İqtidar və ya müxalifətdə olan siyasətçini tənqid edənləri təhqir edənlər-Azər Rəşidoğlu
04.08.2020

Azərbaycanda həmişə "siyasətçi bütü" yaradılıb. Hər hansı siyasətçiyə münasibət müsbət və ya mənfi ola bilər. Amma iqtidar və ya müxalifətdə olan siyasətçini tənqid edənləri təhqir edənlər nə etmək istəyir?

Kumirinizi müdafiə edin, amma imkan verin tənqid edənlər də sözlərini desin. Yerli bütlər bitəndə, xarici bütlər yaranır. Bu təfəkkürlə demokratiyadan danışırsınız? Siyasi və diskussiya mədəniyyəti, savad olmayan yerdə belə olur.

Belə siyasət olmur. Mətbuat isə heç olmur. Ölkədə kifayət sayda tərbiyyəli və savadlı jurnalist və siyasətçi var. Belə iyrənc mümütdə onlar susmaq zorundadırlar...

Visiontv.az