Instaqramda növbəti dəfə nasazlıq yaranıb
15.10.2021

Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin istifadəçiləri xidmətdəki nasazlıqlardan şikayət edirlər. Visiontv.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” veb saytı məlumat yayıb.

Sosial şəbəkədə nasazlıq Bakı vaxtı ilə saat 00:21-də yaranıb. Problemlərdən əsasən Almaniya, Niderland və İngiltərədən olan istifadəçilər şikayət edir.

İstifadəçilərin əksəriyyəti proqramın işindən şikayətlənirlər, o cümlədən serverə qoşulma zamanı, xəbər lentlərinin təsvirindən, saytın işi və başqa problemləri qeyd edirlər.

Xatırladaq ki, daha əvvəl - cümə axşamı ABŞ, Kanada və Rusiya da daxil olmaqla, bir sıra Avropa ölkələrində də istifadəçilər sosial şəbəkədəki nasazlıq barədə məlumat vermişdilər.