İnstaqramda daha bir yenilik
02.03.2021

İnstaqram sosial şəbəkəsinin yeni funksiyası açıqlanıb. Yeni funksiya canlı yayımda 4 nəfərin eyni zamanda iştirakına imkan verəcək. Şirkətin açıqlamasında bildirilib ki, sözügedən yenilik istifadəçilərin auditoriyası üçün daha çox imkanlar açacaq. Məsələn, tok-şouların aparılması, musiqi seanslarının təşkili və s.

Qeyd edək ki, əvvəllər canlı yayıma yalnız 2 nəfər qoşula bilirdi.