İnsan resurslarının idarə olunması və əməyin mühafizəsinin ünvanı
Videonu Aç
30.09.2022

“AZE Consulting” MMC 2019-cu ilin sentyabr ayında fəaliyyətə başlamışdır. 3 ildir fəaliyyət göstərən şirkət ilk gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və miqrasiya xidməti, kadr uçotunun qurulması, insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

Şirkətin ən yüksək missiyası hər bir müəssisəyə peşəkar səviyyədə individual yanaşmadan istifadə etməklə bərabər, hətta xırda detallara da diqqət yetirərək, partnyorların iş proseslərində şəffaflığının təmini istiqamətində, səmərəliliyini və çevikliyini artırmaqla inkişafına dəstək olmaqdan ibarətdir.

Şirkətin yarandığı gündən məqsədi öz müştərilərinə yüksək keyfiyyətli xidmətləri uyğun qiymətlərlə təqdim edərək onların maliyyə və vaxt itkilərinin qarşısının alınmasıdır. Belə ki, vergi orqanları ilə sağlam münasibətlərin qurulması, operativ olaraq vergi ödəyicisinə məsləhətlərin verilməsi şirkət tərəfindən həyata keçirilir.

“AZE Consulting” MMC sabit və çevik, xarici mühitdəki dəyişikliklərə müvəffəqiyyətlə müqavimət göstərməyi bacaran və işinizin inkişafı üçün çalışan kollektivdir. 

0706942422
info@azeconsulting.az

https://azeconsulting.az

https://m.facebook.com/aze.consulting

https://www.instagram.com/aze.consulting

https://www.linkedin.com/mwlite/company/azeconsultin

Visiontv.az