İnsan haqqları ilə məşğul olan təşkilatların susqunluğu erməni terroristlərini daha da ruhlandırır - deputat Nəsib Məhəməliyev
28.10.2020

Ermənistan silahlı qüvvələri, Azərbaycanın Bərdə rayonunu növbəti dəfə xaincəsinə atəşə tutmuşdur.

Mülki əhaliyə qarşı tətbiqi qadağan olunmuş kasset  bombalı “Smerç” raketlərinin atəşi nəticəsində 4 nəfər(o cümlədən 1 uşaq) həlak olmuş,13 nəfər yaralanmışdır. Özlərini insan haqqları carçısı elan edən təşkilatların susqunluğu erməni terroristlərini daha da ruhlandırır. Etiraz etməmələri bir yana, əksinə sürətlə terrorçuları silahlandırmaqda davam edirlər. Öz terrorçularıdır, onlara olar)). Allah eləməmiş, əgər bizim ordu səhvən belə bir iş görsəydi, bütün dünya üzərimizə qalxmışdı. Müasir dünyanın reallığı belədir.

Müzəffər Azərbaycan Ordusu öz sözünü döyüş meydanında deyəcək. Azərbaycan Əsgəri, ermənilər kimi uşaq qatili ola bilməz.

Visiontv.az