İngilis tarixçi erməni yalanlarını ifşa etdi - VİDEO
Videonu Aç
27.01.2020

"Ermənistan həmişə dünyanı qondarma soyqırım kimi saxta tarixə inandırmağa çalışıb və başqa xalqların torpaqlarında məskunlaşıb".

Bu dəfə Britaniyalı professor və eyni zamanda Oksford Universitetinin keçmiş professoru Norman Stone XX əsrin əvvəllərindən bu günə qədər erməni təcavüzü və işğalçı siyasəti barədə həqiqətləri açıb. Onun sözlərinə görə, baş verən fəlakətdə ermənilər məsuliyyət daşıyırlar.

"Demək lazımdır ki, daşnaklar tamamilə yanlış hesablama aparmışdılar. Onlar Rus ordusu üçün könüllülər göndərməklə, dörd briqadanı təchiz etməklə ayrıca Ermənistan dövlətini qurmaq üçün ruslara güvənə biləcəklərini düşünürdülər. Əlbəttə ki, bu 1915-ci ildə türklərin ingilis və fransızlar tərəfindən Çanaqqalada hücuma məruz qaldığı bir zamanda dəhşətli təxribat və yanlış addım idi. İngilis tarixçi Əl Kadiri, Orta Şərqdə millətçiliyin yüksəlməsi və belə bir şəraitdə bu addımın nə qədər yersiz olduğu haqqında yaxşı bir məqalə yazıb: "Fəlakətə səbəb olmaq üçün sadəcə rus ordusunda Türkiyə sərhədinə könüllü dəstəsi göndərməyiniz kifayət edirdi".

Bu ciddi problemə yol açmış oldu. Dərrakəli ermənilər bunun dəhşətli səhv olduğunu söyləyirdi. Daşnaklar isə buna görə onları güllələdi. 1894-cu ildə onlara etiraz edən patriarxı, eyni zamanda şəhər merini güllələdilər. Baş verən fəlakətdə ermənilər məsuliyyət daşıyırlar". 

Visiontv.az Britaniyalı professorun ermənilərin tarixdəki yalanlarını açıqladığı videonu təqdim edir: