6.06.2020
Axtar
Hadisə
alt

İndoneziyada körpünün çökməsi nəticəsində 9 nəfər ölüb

İndoneziyanın Sumatra adasında körpünün çökməsi nəticəsində 9 nəfər ölüb, 17 nəfər yaralanıb.

Visiontv.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, leysan yağışları nəticəsində yaranan sel Benkulu əyalətində körpünün çökməsinə səbəb olub.

Dağıntılar altında qalmış insanların axtarışında 100-dən çox xilasedici, əsgər, polis, təbii fəlakətlərə qarşı mübarizə aparan Xüsusi Milli Agentliyinin işçiləri və könüllülər iştirak edib.

Şərh