5.08.2020
Axtar
Ölkə
alt

İndi orduda hamı gözünü general Məhərrəm Əliyevə dikib-Rey Kərimoğlu

Nəcməddin Sadıkovun Qarabağ döyüşlərinin birinci mərhələsində müəyyən xidmətləri olub. Bu fikirləri Qarabağ qazisi Rey Kərimoğlu musavat.com-a verdiyi müsahibədə deyib. Onun fikrincə N.Sadıkovun Qarabağ döyüşlərinin birinci mərhələsində müəyyən xidmətləri olub: “Hazırda adı ordudakı neqativlərin başında duran şəxs kimi hallanır. Dilimizi bilməməsi, biabırçı şəkildə danışması onu da gülüş hədəfinə çevirib”.

Qarabağ qazisinin sözlərinə görə, ordu ilə bağlı bir ümidverci hal var, o da general Məhərrəm Əliyevin Prezidentin hərbi məsələlər üzrə köməkçisi olmasıdır: “İndi orduda hamı gözünü Məhərrəm Əliyevə dikib. Hamı onun ordudakı nöqsanları aradan qaldıra biləcəyinə ümid edir”.

Visiontv.az

Şərh