İndi mənə maraqlıdır, Zakir paşa, Şayqoya niyə başsağlığı verdi ki? - Jalə Mütəllimova
İndi mənə maraqlıdır, Zakir paşa, Şayqoya niyə başsağlığı verdi ki? - Jalə Mütəllimova
21.12.2020 Jalə Mütəllimova Tərəfindən

Əsgərin video paylaşmağına qarşıyam, amma tutulmağına da tərəfdar deyiləm...

Nazirimi özüm tənqid edərəm, amma onun  başqa millətdən olan həmkarı qarşısında enməsinə görə özümü alçalmış bilərəm...

Millətimi, dövlətimi, saymayanı, heç daban altı da bilməkdən yana deyiləm...

Əsgərim ən böyük əsgər!
Dövlətim ən uca dövlət!
Ordum ən qüdrətli!
Xalqım hamıdan nəhəng!
Şəhidim hər kəsdən ucada!

Indi mənə maraqlıdır, Zakir paşa, Şayqoya niyə başsağlığı verdi ki?

Bizim efirlər, nə zaman özümüzü sevin təbliğatına başlayacaq?

Məsələn efirdən haçan yığışacaq "Komedi xanım" kateqoriyasından olan mırt verilişləri?

Reklam, pul öldürməsin sizi yazıqsınız.  Nə zaman milli qeyrət, şərəf, namus, ləyaqət, şəxsiyyət, təəssüb göstərəcəksiniz. Bizə bu hava-su kimi lazımdır. Qarabağ savaşı bitdi.

Yəni daha Qarabağ savaşının ideoloji təbliğatı yoxdur ki, o növbəti illər üçün  daha bir fədakar nəsil yetişdirə.

Ayılın də...

Visiontv.az