İnanırıq ki, azad edilmiş torpaqlar cənnətə çevriləcək - Əşrəf Adəm
16.10.2021

“Bir daha Azərbaycan xalqına, hökumətinə öz təbriklərimi çatdırıram. Tanrıya həmd olsun ki, bu torpaqlar artıq öz sahiblərinə qayıdıb”.

Visiontv.az xəbər verir ki, bunu Suqovuşanda səfərdə olan Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm bildirib.

Ə. Adəm deyib ki, Suqovuşana səfər etdiyinə görə çox şaddır: “Burda gördüyüm mənzərədən təsirlənmişəm, hava da çox gözəldir. Bu torpaqlar işğaldan azad olunub, yenidənqurma bərpa işləri başlayıb. Biz inanırıq ki, bu torpaqlar cənnətə çevriləcək”.

O, məcburi köçkünlərin öz evlərinə qayıdacaqlarına inandığını deyib: “Mən Azərbaycan igidlərini salamlayıram və hər zaman onları dəstəkləmişəm”.