22.07.2019
Axtar
Gündəlik
alt

İnanılmaz Oğurluq hadisəsi - Fabrikdən 170 minlik toyuq aparıldı

Bakıda quşçuluq fabrikindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlanıb.

Bu barədə  DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda sübhəli bilinənlər - Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıb.



sputnik.az

Şərh yazın