İmran Xan Azərbaycanı torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik edib
04.03.2021

Pakistanın Baş naziri İmran Xan Azərbaycanı torpaqlarının erməni işğalından azad olunması münasibətilə təbrik edib.

Visiontv.az-ın xəbərinə görə, bu barədə o, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında bildirib.

“Mən xüsusilə Azərbaycanın işğal olunmuş ərazilərinin uğurla azad edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edirəm!”, - deyə Baş nazir vurğulayıb.