İlham Əliyevin Moskva görüşü bütün davranışları ilə qalib, diktə edən tərəf olduğunu nümayiş etdirdi - deputat Nəsib Məhəməliyev
İlham Əliyevin Moskva görüşü bütün davranışları ilə qalib, diktə edən tərəf olduğunu nümayiş etdirdi - deputat Nəsib Məhəməliyev
13.01.2021 Nəsib Məhəməliyev Tərəfindən

"Ölkə başçısı İlham Əliyevin müharibəyə qədər və ondan sonra apardığı siyasət bir daha göstərir ki, Azərbaycanın dövlət maraqları onun üçün hər şeydən üstündür. Heç bir qlobal təzyiqlər qarşısında Azərbaycan xalqının əleyhinə olan qərarların qəbul olunmasına imkan verilməyəcəkdir".

Bu fikirləri Visiontv.az-a müsahibəsində Milli Məclisin deputatı Nəsim Məhəməliyev Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşə dair fikirlərini şərh edərkən deyib.

Prezidentlərin Moskva görüşündə imzalanan bəyənnamə daha çox iqtsadi məsələləri özündə ehtiva etdi. Belə anlaşıldı ki, Paşinyan daha çox Qarabağın statusu və biz tərəfdən terrorçu kimi həbs edilən erməni hərbiçilərinin azad olunması maraqlandırıdı. Amma o gözlədiyi nəticəni əldə edə bilmədi.

Vladimir Putinin təşkilatçılığı ilə keçirilən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan üç tərəfli bəyannamədə əsasən iqtisadi məsələlərin üstünlük təşkil etməsi bir mənalı olaraq diplomatiyamızın növbəti qalibiyyəti kimi qiymətləndirilməlidir. Bəyannamədə əksini tapmış 4 bəndn hər biri Azərbaycan xalqının maraqlarına uyğun olmaqla yanaşı, nizamlama istiqamətində atılmış addımlardır
Paşinyan daha çox status və əsirlərin məsələsini qabartmaqla, erməni cəmiyyətində iflasa uğramış nüfuzunu bərpa etmək məqsədi güdürdü. Ermənistanda daxili ictimai-siyasi vəziyyət son dərəcə gərgindir. Hal-hazırda Azərbaycan ərazisində erməni hərbi əsir yoxdur. Sadəcə noyabr ayının 26-dan sonra Qarabağa keçmiş silahlı erməni terror qrupları var ki, onlar da törətdikləri cinayətlərə görə tərksilah olunmuşlar. Təbii olaraq Paşinyan bu dəfə də arzusuna çatmadı. Görüşün başlandığı andan sona qədər sifətindəki cizgilər, onun çox gərgin vəziyyətdə olduğunu, fikirlərini sistemli şəkildə izah edə bilmədiyini göstərirdi. Prezident Əliyev isə əksinə, olduqca özünə inamlı, stabil əsil qalib təəssüratı bağışlayırdı. Diplomatiyada bədən dili çox önəm kəsb edir və cənab Prezidentin bütün davranışları qalib, diktə edən  tərəf olduğunu nümayiş etdirirdi.



-Bəzi mütəxəssislər bildirir ki, Ermənsitanla bu formatda yaranan iqtisadi münasibətlər digər problemlərin həllində yardımçı olacaq. Sizcə bu nə dərəcədə real fikirdir?

Uzun illər ərzində formalaşmış düşmənçilk və qanlı müharibədən sonra yaranmış problemləri bir-iki görüşlə həll etmək qeyri-mümkündür. Nizamlama prosesləri mərhələləli şəkildə aparılmalıdır. İlkin mərhələdə nəqliyyat kommunikasiya sistemlərinin, iqtisadi münasibətlərin bərpa olunması olduqca vacibdir. Digər problemlər isə, təbii olaraq zamanla həllini tapacaqdır. Düşünürəm ki, yaxın zamanlarda işğaldan azad olunmuş rayonlarda aparılacaq bərpa və yenidənqurma işləri, Qarabağda yaşayan ermənilərin təsəvvüründə kəskin dönüş yaradacaqdır.

Paşinyan Minsk qrupunun bərpasına çalışır. Yəni oyuna Fransa və ABŞ-da daxil etməyə çalışır. Bununla da Qarabağın statusu məsələsinə gündəmə gətirib danışıqlar premetinə çevirmək istəyir. Sizcə bu mümkün olacaqmı?



Üç tərəfli görüşdən bir gün əvvəl Rusiya prezidenti Putinin Makronla telefon danışığı Paşinyanın və erməni diasporasının gizli fəaliyyətinin nəticəsidir. Müharibə ərəfəsində heç bir ciddi dəstək vermək imkanında olmayan bəzi qərb ölkələri məğlub Ermənistanla birlikdə 30 il ərzində fəaliyyətsiz quruma çevrilmiş Minsk qrupunu danışıqlar adı altında prosesə cəlb etmək istəyirlər. Məsələ ondadır ki, Minsk qrupu Qarabağ probleminin həlli üçün yaradılmışdı. Artıq Qarabağ adında problem yoxdur. Onların istəyi isə, status məsələsini qabartmaqla regionda əvvəlki geosiyasi maraqlarını təmin etməkdir. Belə bir yanaşma Azərbaycan, Ermənistanla yanaşı, Rusiya üçün də ziyanlıdır. Regionda uzun müddətli sabitliyin olması üçün ilk növbədə erməni xalqı bunu dərk etməli, əməkdaşlıq imkanlarından istifadə etməlidir. Son dövürlər müxalifətin radikal qanadını təşkil edən milli şuranın üzvləri tarixi qələbəmizin əhəmiyyətini kiçiltməklə, sülhməramlıların fəaliyyəti, nizamlama prosesləri ilə bağlı cəmiyyəti çaşdırmaqla məşğuldurlar. Vətən müharibəsində xalqımızın  əldə etdiyi qələbənin miqyası o dərəcədə böyükdür ki, hətta dünyanın ən güclü ölkələri üçün fantastik nailiyyət hesab oluna bilər. Son 200 illik tariximizin şərəfli səhifəsini qaralamaq cəhdləri, xalqa xəyanət deməkdir, müxalifətçilik demək deyil. Torpaqlarımız uğrunda canlarından keçmiş 3000-ə yaxın şəhidlərin ruhuna hörmətsizlikdir. Dövlət Başçısı İlham Əliyevin müharibəyə qədər və ondan sonra apardığı siyasət bir daha göstərir ki, Azərbaycanın dövlət maraqları onun üçün hər şeydən üstündür. Heç bir qlobal təzyiqlər qarşısında Azərbaycan xalqının əleyhinə olan qərarların qəbul olunmasına imkan verilməyəcəkdir. 


 
Biz xalq olaraq bir şeyi bilməliyik. Dünyada və regionumuzda mürəkkəb geosiyasi oyunlar gedir. Ölkəmiz əleyhinə olan bir çox çirkli oyunları pozaraq, Qarabağ kimi çətin problemi həll etdi. Xəyalları reallığa çevirməklə, Prezidentimiz dünya səviyyəli bir Lider olduğunu sübut etdi. Ölkəmizin coğrafi mövqeyini, bəzi özünəməxsus  spesifik xüsusiyyətlərini  nəzərə alaraq tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, İlham Əliyevdən başqa kimsə buna nail ola bilməzdi. Ona görə də xalq yekdilliklə ona inanır və dəstək verir.