5.012.2020
Axtar
Gündəlik
alt

İlham Əliyev gündəmi gərginlikdə saxlayan hadisənin araşdırılmasını əmr edib

Hicran Hüseynova: "Cənab Prezident və Birinci vitse-prezident buna görə müxtəlif nazirliklərə, həmçinin də bizim Komitəyə göstəriş verib"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bir neçə gün öncə intihar edərək dünyasını dəyişən Elina Hacıyeva ilə bağlı açıqlamalar verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, H.Hüseynova bu hadisənin son zamanlar çox müzakirə edildiyini bildirib.

 

"İnsanlar bu problemi, səbəbləri dərk etmədən geniş müzakirə edirlər. Bu məsələdə təkcə məktəbi günahlandırmaq düzgün deyil. Necə ola bilər ki, daxili və psixoloji problemi olan bir insan bu müddətdə ailəsindən heç bir dəstək almayıb? Kimisə günahlandırmaq istəmirəm, amma düşünürəm ki, istintaq bitəndən sonra bu haqda daha geniş danışmaq mümkün olacaq" - o vurğulayıb.

Komitə sədri əlavə edib ki, bu hadisənin araşdırılmasında ölkə başçısı və birinci xanım da maraqlıdır: "Cənab Prezident və Birinci vitse-prezident buna görə müxtəlif nazirliklərə, həmçinin də bizim Komitəyə göstəriş verib".

Hüseynovanın sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda bu cür hadisələr o qədər çox baş vermir: "Prezidentin tapşırığı ilə məişət zorakılığının qarşısını almaq üçün bölgələrdə monitorinq qrupları yaradılıb".



 

Şərh