İlham Əliyev: “Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır”
06.12.2019

“Təbii fəlakətlər hər bir ölkədə baş verir. Bu yaxınlarda biz televiziyadan gördük ki, Venesiya kimi tarixi şəhər su altında qalıb. Heç bir kanalizasiya sistemi o yağışların qabağında davam gətirə bilməyib. Bu yaxınlarda bəzi Avropa ölkələrində böyük daşqınlar baş verib. Düzdür, bizdə də olur. İndi yağış yağanda, özü də leysan yağanda heç bir şəhərin kanalizasiya sistemi onu tam götürə bilməz. Baxmayaraq ki, biz çox çalışırıq və göstəriş verilib ki, yağışların, daşqınların fəsadları aradan qaldırılsın və amma hətta ən inkişaf etmiş ölkələrdə daşqın böyük problemlərə gətirib çıxarır, o cümlədən zəlzələlər”.

Visiontv.az-ın məlumatına görə, bunu dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirib.