İKT üzrə ekspert Elvin Abbasovun təqdimatında seminar keçirilib - FOTOLAR
İKT üzrə ekspert Elvin Abbasovun təqdimatında seminar keçirilib - FOTOLAR
17.06.2022 MEDİA Tərəfindən

"Hoffman Co" şirkəti ilə "Virtual Azerbaijan Group of Companies" MMC-nin təşkilatçılığı ilə gənclərə-tələbələrə "Uğur nədir, Necə yaranır?" mövzusunda seminar keçirilib. .

Təlimdə çıxış edən İKT üzrə ekspert Elvin Abbasov uğur qazanmağın yollarını seminar iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edib ki, həyatda uğur qazanmağın bir çox yolları var.  Məsələn uğur qazanmağın yollarından biri odur ki, hər günün sonunda insan özü-özünə hesabat versin. Gördüyü işləri nəzərdən keçirsin, baş verənləri, ətrafı düzgün dərk edə bilsin.

Bildirib ki, uğur qazanmaq üçün ətrafınızdakı dost-tanışlara da diqqət yetirməlisiniz. Yaxşı dost sizi hər bir başladığınız işdə dəstəkləyəcək,əlindən gəldiyi qədər sizə kömək edəcək. Uğur qazanmağın yolları həyatda uğur qazanmaq, nəyəsə nail olmaq üçün ilk növbədə məqsədiniz aydın olmalıdır,  irəliyə getmək stimulu sizi idarə etməlidir. Öz məqsəd və istəklərinizi dərhal yaxınlara və dostlara deməyə tələsməyin. İlk öncə bunu reallığa çevirin, daha sonra uğurunuzu onlarla bölüşün.

Təlim iştirakçılarına həmçinin İKT ilə bağlı bir sıra tövsiyələr verilib. Seminar sual-cavab sessiyası ilə başa çatıb.

Seminarın sonunda isə hər bir iştirakçıya sertifikat təqdim edilib.

Qeyd edək ki, İKT üzrə ekspert Elvin Abbasovun təqdimatından seminarlar bundan sonra da davam etdiriləcək.

Visiontv.az