İki saatlıq icazə ilə rayonu tərk etmək istədi, həbs olundu
22.04.2020

Samuxda karantin rejimini pozan şəxs saxlanılıb.

Visiontv.az xəbər verir ki, Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Verilən məlumata görə, aprelin 20-də Samux rayon sakini Şahmar Əliyev 8103 nömrəsinə müraciət edərək evdən iki saatlıq çıxmağa icazə alıb. Lakin o, müvafiq icazəni təyinatı üzrə istifadə etmək əvəzinə rayon ərazisini tərk etmək istəyib.

Bu zaman rayonun çıxışında xidmət aparan polis əməkdaşları vətəndaşa karantin qaydalarını izah edərək bunun yolverilməz olduğunu bildiriblər və ondan geri qayıtmasını tələb ediblər.

Ş.Əliyev polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq onların xidmətinə mane olmağa çalışdığına görə saxlanılaraq Samux Rayon Polis Şöbəsinə gətirilib. Aidiyyətli məhkəmənin qərarı ilə Ş.Əliyev 10 gün müddətə inzibati qaydada həbs edilib.