İki başı, üç əli olan uşaq doğuldu
26.11.2019

Belə anomal hallar milyonda bir üzə çıxır.

Hindistanda üç əli, iki başı olan oğlan uşağı dünyaya gəlib.  Körpənin anası Madxya-Pradeş ştatının 21 yaşlı sakinidir. Qadın özü bildirib ki, hamiləliyinin 35-ci həftəsində həkimlər ona əkiz övladının dünyaya gələcəyini bildiriblər.
Amma dünyaya bir körpə gəlib. Onun bir ürəyi, iki başı və üç əli var. Hazırda həkimlərin nəzarəti altında körpə müalicə olunur.
 


İki başı, üç əli olan uşaq doğuldu