21.010.2019
Axtar
Gündəlik
alt

İftardan sonra bu qidanın qəbulu - DƏRHAL TƏSİRLİDİR

Bu çərəzi ölkəmizdə Braziliya fıstığı kimi tanıyırlar.

Visiontv.az ölkə.az-a istinadən bildirir ki, Braziliya fıstığının insan orqanizminə bir çox faydası var.  Belə ki,  adıçəkilən fistiq orqanizmin normal işləməsi üçün lazım olan oksidantlar, vitaminlər və minerallarla zəngindir.

Yüksək qan təzyiqi- Braziliya fıstığının tərkibində maqnezium çoxdur. Bu isə qan təzyiqini aşağı salır.

Saça faydalıdır- Bu çərəzin tərkibindəki mis saç sağlamlığı üçün vacibdir. Orqanizmdə mis çatışmazlığı saçların tökülməsi və bir sıra problemə səbəb olur.

Sümüklərə faydalıdır- Braziliya fıstığının tərkibində maqnezium və kalsium var və bu da sümük sağlamlığına vacibdir. Xüsusən də uşaqlara məsləhət görülür.

Sinir sistemi- Maqnezium damarları genişləndirir və əzələləri rahatladır. Maqnezium az olduğu üçün damarların kaliumla dolmasını təmin edir.

Arıqlamaq- Yağlı qida sayılsa da, bu siyahıdakı digər qidalara nisbətən tərkibində yağ azdır və artıq çəkiyə səbəb olmur.

Antioksidant xüsusiyyəti- Bu çərəzin tərkibində maqnezium, mis, selenium kimi minerallar var. Bu səbəbdən antioksidant xüsusiyyətə malikdir. Tərkibində həzm sistemi üçün faydalı olan turşular var.

Ürəyə faydalıdır- Digər çərəzlərə nisbətən tərkibində yağ miqdarı azdır və buna görə də ürək üçün faydalıdır.

Həzmə kömək edir- Braziliya fıstığı həzmə kömək edir. Bu səbəbdən də iftardan sonra qəbul etmək məsləhət görülür.

Şərh