İdman sahəsində dopinqdən istifadə mütəmadi hal alıb - TƏBİB
24.09.2020

“Son 20 ildə idman sahəsində dopinqdən istifadə mütəmadi hal alıb. Bundan idmanda performansı artırmaq və gözəl görünmək üçün istifadə olunur. Ancaq fəsadları çox ağır olur”.

Visiontv.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, bunu cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş “Steroidlər - Cəmiyyət üçün təhlükə” mövzusunda mətbuat konfransında TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva deyib.

O bildirib ki, steroidlərdən mütəmadi istifadə idmançıların əzələlərinin getdikcə məhvinə səbəb olur: "Təəssüf ki, bu gün nəinki peşəkar, hətta həvəskar idmanda da steroidlərdən istifadə artıb. Xüsusən də, fitness zallarda gənclər bundan daha çox yararlanırlar".