Hüseyn Cavidin 140 illiyi qeyd ediləcək - SƏRƏNCAM
24.09.2022

Prezident İlham Əliyev Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Visiontv.az AOA- ya istinadən xəbər verir ki, Sərəncamda bildirilib ki, 2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 140 ili tamam olur.