Hindistanda kasıb ailələrə qeyri-adi yardım
28.04.2020

Hindistanlı Amir Xan kasıb ailələrə qeyri adi bir yardım edib. O , kasıb ailələr üçün un yardımı ayırıb. Hər ailəyə bir kq un. Bəli cəmi bir kq.

Visiontv.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, çox adam bir kq un üçün özünə əziyyət verib yardım götürməyə belə gəlməyib.Bir kq unu götürməyə ancaq evində dogurdan yeməyə çörəyi olmayanlar gəlib.Onlar evlərində un paketini açanda içərisində bir kq unla bərabər 15 000 rupi (335 AZN) olduğunu görüblər.

Beləliklə yardımı həqiqətən ehtiyacı olan insanlar götürmüş olub.