Həyatın şahmatını oynayanlar qat-qat azdır-professor Səlahəddin Xəlil
Həyatın şahmatını oynayanlar qat-qat azdır-professor Səlahəddin Xəlil
01.07.2020 Səlahəddin Xəlilov Tərəfindən

Futbolu stadionda on minlərlə, tv-də milyonlarla adam izləyir.

Çox adam izləyir, çünki sadəcə futbolçular deyil, hamı anlayır.

Şahmatı hamı oynaya bilir. Amma şahmat çempionatında nəinki milyonlar, min, hətta yüz izləyici də bulmaq zor işdir. Çünki nəinki hər oynayan, heç peşəkar şahmatçıların da hamısı anlamır.

Həyatda isə milyardlarla adam, - hamısı yaşayır.

Həyatın şahmatını oynayanlar qat-qat azdır.

Anlayıb oynayanlar ondan da azdır.

Ondan da az anlayıb oynamayanlardır.

Visiontv.az