16.07.2019
Axtar
Gündəlik
alt

Həyatı təhlükədə olan qadınlar - VİDEO

 

 

 Visiontv.az xəbər verir ki, Hindistanın bir çox bölgələrində müşahidə olunan kəskin quraqlıq içməli su axtaran yerli sakinləri həyatlarını təhlükəyə atmaq məcburiyyətində qoyub.

Hindistanın Qərbində yerləşən Naşik rayonunda 25-ə yaxın kəndin su hövzələri quruyub,  artezian quyularından isə su çəkilib.

Liveleak” portalında yayılan bu videogörüntü aprelin 20-də Bədəvadi kəndində “Shramajeevi Sanghathana” qeyri-hökümət təşkilatının fəalı Bhaqva Madhe tərəfindən çəkilib.

Kadrlarda evə su aparmaq üçün bir çox qadının həyatını riskə ataraq, dərin quyunun dibinə düşdüyünü görmək olur.

“Su tapmaq üçün qadınların çoxu həyatlarını riskə atır, ancaq xoşbəxtlikdən hələ ki hər hansı bədbəxt hadisə baş verməyib”, - deyə fəal bildirib.

 

Şərh yazın