485
Hərbi sahədə robot texnologiyalarının tətbiqi-visiontv.az-ın İT mütəxəssisi İlkər Çelik
Hərbi sahədə robot texnologiyalarının tətbiqi-visiontv.az-ın İT mütəxəssisi İlkər Çelik
30.05.2020 İlahə Tərəfindən

Azərbaycanda robototexnika və avtomatika texnologiyalarının istehsalı necədir?

Robot və avtomatlaşdırma sistemləri sənaye sektorunun rəqabət qabiliyyətində əsas rol oynayır. Robot, montaj və sənaye görüntü emal sistemlərinin daha intensiv istifadəsi istehsal xərclərinin azaldılmasına və yüksək keyfiyyət standartlarına nail olmağa imkan verir. Buna görə rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr, sektorlar və şirkətlər robot texnologiyalarına getdikcə daha çox investisiya qoyurlar. İnvestisiya meyli xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha qabarıq nəzərə çarpırş Çünki bu ölkələr, texnologiyaları inkişaf etmiş ölkələrdən, lisenziyaya əsasən istehsal, birgə inkişaf və s. modellərlə yüksək texnoloji sərmayə cəlb etməyə çalışır. Hərbi sahədə robot texnologiyalarının tətbiqi insansız sistemlərdir. Xüsusən də son 20 ildə istifadəsi artan İnsansız Hava Nəqliyyatları (İHA).

Bu sistemlər kəşfiyyat, nəzarət, silahlı patrul, dəqiq idarə olunan hücum, axtarış və xilasetmə kimi hərbi əməliyyat missiyalarında geniş istifadə olunur. İHA və pilotsuz dəniz (İDA), quru (UGA) sistemlərinin istifadəsinə getdikcə daha çox ölkə tərəfindən üstünlük verildiyi müşahidə olunur. İnsansız sistemlər təhlükəsizlik qüvvələrinin əməliyyat doktrinasını, strategiyasını və taktikasını kökündən dəyişdirdi və tətbiq etmə prosedurlarında və döyüş metodlarında həlledici rol oynadı. Bundan əlavə, pilotsuz sistemlərin istehsalı mövcud müharibə elementləri ilə müqayisədə daha aşağı qiymətə başa gəldiyinə görə bu daha çox ölkələr tərəfindən həyata keçirilir. Robot texnologiyaları əsasən mexaniki, elektron və kompüter mühəndisliyində bir çox elm sahələrin birləşməsidir. Bu baxımdan, fənlərarası bir sahədir.

Buna görə robot texnologiyaları üçün strategiya və siyasət müəyyən edilərkən hər tərəfli və əhatəli bir perspektiv qiymətləndirilməlidir.

Visiontv.az