Hərbçimiz həlak oldu - Müdafiə Nazirliyi
17.01.2022

Azərbaycan Ordusunun hərbi qulluqçusu Cavidan Məmmədlinin ölməsi faktı təsdiqlənib.

Visiontv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:

"Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması barədə məlumatı təsdiq edirik".

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.