Hər dəfə “lənət şeytana” deyib fikrimdən danışınırdım - Elçin Mirzəbəyli
Hər dəfə “lənət şeytana” deyib fikrimdən danışınırdım - Elçin Mirzəbəyli
08.02.2021 Elçin Mirzəbəyli Tərəfindən

Hər şey ölçüsündə, həddində gözəldir – sevinc də, qəzəb də, sevgi də, nifrət də! İfratçılıq ən ülvi, ən əlçatmaz və hətta ən müqəddəs dəyərləri belə ucuzlaşdırır, gözdən salır və günün birində məsxərə obyektinə çevirir.

...Xeyli müddətdir məni narahat edən bir məsələ haqqında yazmaq istəyirəm. Hər dəfə “lənət şeytana” deyib fikrimdən danışıram. Amma son günlər qarşılaşdığım və sosial şəbəkələrdə ildırım sürətiylə paylaşılan videolar “bıçağın sümüyə dirəndiyi” təəssüratını yaratdığı üçün yazmaq qərarına gəldim. Kim hara və necə yozursa yozsun, öz işidir...

Vətən müharibəsində igidlərimizin canı, qanı, misilsiz rəşadəti bahasına əldə olunan ZƏFƏR Azərbaycan xalqının əldə etdiyi ən böyük nailiyyət olmaqla yanaşı, həm də hər anından qürur duyulacaq DƏYƏRLƏR TOPLUSUdur.

Bu DƏYƏRLƏR TOPLUSUnu bu qədər ucuzlaşdırmaq çox ağır fəsadlara yol aça bilər. Bu müqəddəs dəyərləri sağa-sola, necə gəldi xərcləmək, bəsit videoların və ondan daha aşağı, əksər hallarda ucuz söz yığınından ibarət “meyxana-çayxana” taftalogiyasının, “üç badam, bir qoz” mahnılarının “yem”inə çevirmək olmaz. Hərbi geyimdə çırtmaya oynayanların paylaşdığı videolar isə nəinki müharibənin, əldə olunan qələbənin, hətta hərb sənətinin özünün belə ciddiliyini şübhə altına alır. Həvəsdi, bəsdi...

Visiontv.az