Həmid Nəsirov "Gənclərin Dostu" Milli Mükafatına layiq görülüb
20.10.2022

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı ilə görüşüb. 

Görüşdə rəis Həmid Nəsirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan gənclər siyasətindən, onlara göstərilən diqqət və qayğıdan bəhs edib. Eyni zamanda, Həmid Nəsirov Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən Respublikada və Nizami diyarında gənclərlə iş sahəsində aparılan sistematik işlərdən danışıb. Bildirilib ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. 

Fərid Şahbazlı onlara yaradılan şəraitə və gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, Şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib və Birliyin gənclərlə apardığı işlər barədə məlumat verib. 

Daha sonra “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov gənclərin təşəbbüslərinin dəstəklənməsinə və dövlət gənclər siyasətinin uğurla icrasına verdiyi tövhələrə görə, “Gənclərin Dostu” Milli Mükafatı Fəxri Diplomu ilə təltif edilib.

Binnət ismayılov
Visintv.az