“Help Turkey”-ə cinayət işi açıldı
05.08.2021

Türkiyədə meşə yanğınlarına yardım adıyla başlanan “Help Turkey” (Türkiyəyə kömək edin) başlıqlı kampaniya ilə bağlı cinayət işi açılıb.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət işini açan Ankara Baş Prokurorluğunun açıqlamasında deyilir:

“Aparılan texniki araşdırmalar nəticəsində bəzi qruplar və insanların həqiqi və “fake” hesabları üzərindən başladılan kampaniya xalq arasında narahatlıq, qorxu və təşvişə səbəb olub. Bu kampaniya ilə Türkiyə Cümhuriyyəti və hökümətini alçaltmağa çalışırlar. Bu addımlarla sosial media istifadəçiləri arasında kaos yaratmağa cəhd göstərirlər.”

Baş Prokurorluq Türk Cəza Qanununa əsasən dövlət işçilərini və prezidenti təhqiretmə, Türkiyə Cümhuriyyəti və hökümətini alçaltma, xalq arasında narahatlıq, qorxu və təşviş yaratma, cəmiyyət içərisində kin və düşmənlçiliyə təhrik etmə maddələriylə cinayət işinin açıldığını bildirib.