Heçdən bir qadın yaradıb, bir qız öldürərəm səndə-Şair Mahir Mehdi
31.05.2020

Şair Mahir Mehdi

... Burda qoyub səni, köçər
ayrı küçəyə ünvanın.
Tullayar 3 - cü qatdan
yerə
özünü eyvanın.

Azalar sözün sürəti,
mənasızlaşar
feil də.
Özünü yüz dildə yazıb,
bulammazsan
heç bir dildə.

Bəs eləməzsən
bir kəsə,
doğularsan hər gələndə.
Heçdən
bir qadın yaradıb,
bir qız öldürərəm səndə.

Düşüb
qayıdaram səni
yerdə qalmış izində də.
Axtararam üst - başını,
tapılmazsan
özündə də..