Dünən güneyli gənc milli fəal Behzad Paşazadə Urmiyanın mərkəzi zindanından 700 milyon tümən (7 min 979 $) girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Məlumata görə, milli fəal mayın 7-də “etnik mənsubiyyəti təhqir etmək” və “ictimai asayişi pozmaq”da günahlandırılaraq şəxsi mağazasında həbs edilib.
Qeyd edək ki, həmin gün Urmiyada saxlanılan digər fəal Huşəng Nağızadənin vəziyyəti hələlik bəlli deyil.
visiontv.az