Hazırki vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın Ermənistanın siyasi sistemi tərəfindən qəbul edilməsi hadisəsidir
Hazırki vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın Ermənistanın siyasi sistemi tərəfindən qəbul edilməsi hadisəsidir
21.06.2021 Hikmət Babaoğlu Tərəfindən

Ermənistanda seçkilər başa çatdı və Paşinyanın rəhbərlik etdiyi Vətəndaş müqaviləsi partiyası təqribən 54 faiz seçicilərin səsini almaqla parlamentdə özünə çoxluğu təmin edə bildi.

Bu o deməkdir ki, Paşinyan koalisiyasız, təkbaşına hökumət qura biləcəkdir. Əlbəttə ki, seçki ərəfəsində və seçkinin gedişi müddətində verilən proqnozlar maksimum Paşinyanın partiyasına 40 faiz səs verilə biləcəyini güman edirdi. Amma göründüyü kimi, erməni seçicisi bir qədər proqnozlardan fərqli davrandı. Ancaq  bu 54 faiz erməni seçicisinin şüurlu seçimi deyildi. Heç mövcud reallığı dərk edərək ona adekvat reaksiyasının ifadəsi kimi də qiymətləndirilməməlidir. Bu daha çox psixoloji intuitiv arzunun reallaşrılması idi.

Çünki hələ də Ermənistan cəmiyyəti və seçiciləri mövcud reallığı dərk etməkdən xeyli uzaqdır, ancaq şüuraltı idrakla başa düşürdülər ki, başqa çıxış yolları yoxdur  və intuitiv olaraq mövcud reallığı qəbuletmə instiktini  siyasi müstəvidə reallaşdırdılar. Çünki  bunun əksi yəni bu gün seçkinin nəticəsində ortaya çıxan reallığın  əksi Erməsintan üçün vətəndaş müharibəsi, qarşıdurma  və yenidən müharibə perspektivlərinin yaranması idi. Bax erməni seçicisinin psixoloji intuitiv arzusunun reallaşdırılması hadisəsi deyəndə bu başa düşlməlidir.

Əlbəttə ki, Azərbaycan üçün də seçkilərin nəticəsi maraq doğuran idi. Çünki  rəsmi Bakı əvvəlcədən bəyan etmişdi ki, revanşistlərlə, radikal qüvvələrlə Azərbaycan əsla və əsla əməkdaşlıq etməyəcəkdir. Elə seçkilərin nəticəsindən də görünən odur ki, yeni formalaşacaq hakimiyyət 10 noyabr 2020-ci üçtərəfli razlıaşmanın tələblərini daha qətiyyətlə icra edə biləcək siyasi iradə nümayiş edirmək imkanı əldə edirb. Çünki üçtərəfli razlaşmanı imzalamış  siyasətçinin yəni Paşinyanın  rəhbərlik etdiyi partiya qalib gəlib və yeni koalisiyasız hökümət qurmaqla daha rasional  addımlar atmaq imkanına sahib olacaq. Əslində Ermənistanın siyasi sistemində nəzər salsaq görəciyik ki, mövcud gerçəklikdə, mövcud reallığı dərk edərək bundan sonra regionun gələcəyiylə bağlı müsbət impulslar verə bilən  yeganə siyasi partiya elə Paşinyanın partiyası idi və yaxud Paşinyan idi. Doğrudur onun mövqeyi də bir qədər tərəddüdlü idi, qəti deyildi amma buna baxmayaraq hər halda biz bilirik ki, Paşinyan 10 noyabr üçtərəfli razılaşmaya  imza atmış baş nazirdir, siyasətçidir.

Ona görə  Azərbaycanın maraqları kontekstində və bütövlükdə regionun sabitlik arzuları kontekstində bu məsələni qiymətləndirsək görəcəyik ki, Paşinyanın quracağı hökumət şübhəsiz ki, 10 noyabr 2020-ci ildən sonra formalaşmış yeni reallıq istiqamətində pozitiv və rasional addımlar ata biləcək yeganə siyasi partiyadır.Ona görə də  Ermənistanda  bundan sonra hadisələrin müsbət tendensiyalar üzrə inkişafına dair çox ehtiyatlı nikbin   proqnozlar vermək mümkün ola bilər . Nəzərə almaq lazımdır ki , seçki öncəsi Ermənistan cəmiyyətinin həddindən artıq qütbləşməsindən söhbət gedirdi. Seçkidən sonra ilk yeri tutan iki partiyanın yenidən seçkilərin ikinci turuna gedə bilməsi ehtimalı proqnozlaşdırılırdı və beləliklə kolisyon hökumət perspektivləri müzakirə olunurdu. Şübhəsiz ki, bütün bunlar ən pis senarilər idi. Ancaq yenidən Paşinyanın hakimiyyətə gəlməsi əslində köhnə yeninin yenilənməsidir. Yəni 2018-ci ildə hakimiyyətə gələn Paşinyan Ermənistan siyasi sisteminə yeni bir reallıq gətirməyi bacardı. Bu isə həmin o yeni reallığın köhnəlmiş və yenidən təkrarı deməkdir.

Ona görə də əlbəttə ki, hadisələrin bu cür inkişafı bütövlükdə bir qədər tərəddüdlü olsa da bundan sonrakı mərhələdə regional inteqrasiya, Ermənistan Azərbaycan münasibətlərinin yaxşılaşdırılması, sərhədlərin delimitasiya və demakrasiyası  məsələləri və nəhayət Zəngəzur dəhlizinin açılması ilə bağlı hadisələri müsbət istiqamətdə proqnozlaşdırmaq üçün əsaslar verir. Dolayısı ilə əgər bir cümlə ilə ifadə etməyə çalışsaq belə deyə bilərik ki, ən pis senarilər içərisində  daha az pis olan bir senari gerçəkləşdi. Və düşünürəm ki, indiki şərtlər içərisində bundan artığını da gözləmək olmazdı.

Beləliklə  bundan sonra 20 noyabr üçtərəfli razılaşdırmasının reallaşdırılması üçün daha qəti addımların  atılacağını mümkün hesab etmək olar. Nəzərə almaq lazımdır ki, Ermənistanda artıq nəticəsi bəlli olan 20 iyun parlament seçkiləri , Azərbaycanın tarixi zəfəri ilə başa  çatab 44 günlük müharibənin yaratdığı yeni reallığın gətirdiyi məcburiyyətdən doğmuşdu .Ona görə də kimin necə qiymətləndirməsindən asılı olmayaraq  Ermənistandakı hazırki vəziyyət məhz Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın Ermənistanın siyasi sistemi tərəfindən qəbul edilməsi hadisəsidir.

Millət vəkili Hikmət Babaoğlu

Visiontv.az