Hazırda Azərbaycanda oturub ermənilərin məğlubiyyətinə yas saxlayan xeyli adam var - Elbəyi Həsənli
Hazırda Azərbaycanda oturub ermənilərin məğlubiyyətinə yas saxlayan xeyli adam var - Elbəyi Həsənli
19.04.2021 Elbəyi Həsənli Tərəfindən

Sevinc Osmanqızının atasını ermənilər öldürüb. Özü də faciəli şəkildə. 1991-ci ildə noyabrın 20-də MI-8 helicopteri Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında vuruldu. Ölən 22 nəfər arasında Osman Mirzəyev də vardı. O, tanınmış jurnalist idi. Faciə baş verən zaman isə Azərbaycan prezidentinin (Ayaz Niyazi oğlu Mütəllibov) Baş məsləhətçisi vəzifəsini daşıyırdı.

Sevinc Osmanqızı indi nəyinki erməniləri müdafiəsinə qalxıb, hətta azərbaycanlıları Sumqayıt və Bakıda poqromlar törətməkdə ittiham edir.

Bu xanım Bakıda işləyəndə ermənilərə rəğbətini əks etdirən hər hansı bir əlamət nümayiş etdirməmişdi. Ona nə oldusa, Amerikaya gedəndən sonra oldu.

Faciə ondadır ki, pula görə erməniyə dayı deyən və milli maraqlarımıza tüpürən bu xanımın çıxışlarını xeyli insan müntəzəm şəkildə izləyir. Milli kimliyi olmayan insan manqurtdur. O, xeyrini, şərini anlamaz.

Hazırda Azərbaycanda oturub ermənilərin məğlubiyyətinə yas saxlayan xeyli adam var. Sapı özümüzdən olan baltaların çoxluğu adamı dəhşətə gətirir...

Orasını özünüz təsəvvür edin ki, əgər Sevinc Osmanqızının atasını ermənilər öldürməsydi bu mübarək zatın erməni sevgisi hansı həddə olardı?...

Visiontv.az