Hazırda 10 noyabr Bəyannaməsinin bir neçə bəndini ermənilər pozur - Məhəmməd Əsədullazadə
Hazırda 10 noyabr Bəyannaməsinin bir neçə bəndini ermənilər pozur - Məhəmməd Əsədullazadə
22.02.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycanın Qarabağ bölgəsində Rusiyanın sülhməramli qüvvələrinin məsuliyyət zonasında ermeni silhahlı birləşmələri ilə bağlı ciddi fikir ayrılıqları var.

10 noyabr atəşkəs Bəyannaməsinin 4-cü bəndinə əsasən, tərəflər tutuqlari yerdə dayanır və silahli erməni qüvvələri çıxaraq yerinə sülhməramlılar yerləşdirilir. Ermənistan tərəfi qeyd edir ki, silahlı qüvvələrini ərazilərdən çıxarıb və tutuqları mövqelərdə  "Artsaxın" silahlı erməni birləşmələridi və onlar qalmalıdır.  Qeyd edim ki, ermeni tərəfinin irəli sürdüyü bənd yanlış təqdim edilir. Bəyannamənin 4-cu bəndi o deməkdir ki, ermeniler dayandıqları əraziyə Azərbaycan keçmir və həmin ərazi ermənilərin nəzarətində qalır. Yəni,  burada silahlı erməni birləşmələri dayandıqları mövqelərdə qalması kimi qeyd edilməməlidir. Həmin mövqelərdən silhahlı ermeni birləşmələri çıxır və Rusiya sülhməramlı qüvvələri yerləşir. Ermənistan isə, bu bəndi yanlış təqdim edir.
Bəyannamənin 4-cü bəndinə əsasən tərəflərin dayandıqları mövqe, heçdə erməni  silahlı qüvvələrin orada qalması anlamı vermir. Ona görə də Azərbaycan qəti şəkildə erməni silahli birləşmələrinin çıxarılmasını tələb etməlidir. Orada silahlıların qalması Azərbaycanın milli təhlükəsizliyinənə və suverenliyinə ziddir. Həmçinin ermənilərin " Qarabağın müstəqilliyini" irəli surəcəklər. Hazırda 10 noyabr Bəyannaməsinin bir neçə bəndini ermənilər pozur və buna Rusiya sülhməramlı qüvvələri şərait yaradır.

10 noyabr Bəyannaməsində Dağlıq Qarabağ və  status məsələsi yoxdur, burada silahlı erməni birləşmələrin çıxarılması bəndi var. Azərbaycan haqlı olaraq bu bəndi irəli sürürək erməni silahlı birləşmələrinin çıxarılmasinı tələb etməlidir.

Əgər, erməni silahlı birləşmələri 10 noyabr razılaşmasına uyğun çıxarılmasa, Azərbaycanın əlində əsas olacaq ki, Rusiya sülhməramlı qüvvələri missiyalarını həyata keçirmir və Qarabağı tərk etməlidir. Azərbaycan Türkiyə ilə bu məsələnin üzərinə getməli və silahlı erməni birləşmələrinin ləğvinə nail olmalıdır.  Prezident İlham Əliyevində silhahlı erməni birləşmələrinin Dağlıq Qarabağın kiçik bir hissəsində qalmasında məmnun deyil. Məhz onların Qarabağda ləğv edilməsi istiqamətində işlərin aparılmasını istisna etmirəm.

Türkiyə Azərbaycan tandemi Dağlıq Qarabagda kiçik bir ərazidə ermənilərə heç vaxt müstəqillik verməyəcək. Silhahlı ermeni birləşmələri ləğv ediləcək.

Visiontv.az