"Havaların soyuq keçməsinə baxmayaraq, təbii qazın verilişində hər hansı problem yoxdur"
09.12.2022

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin istehlakçıları tələbata uyğun olaraq təbii qazla təmin olunurlar.

Visiontv.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

“Havalar yetərincə soyuq keçir. Daxil olan müraciətlərə istinad edib, qeyd edirik ki, təbii qazın verilişi ilə bağlı ölkə ərazisində hər hansı problem, məhdudiyyət yoxdur. İstehlakçılarımız təbii qazla tələbata uyğun olaraq təmin olunurlar.

Onun sözlərinə görə, tələbat artdıqca, istehlakçılara təbii qazın verilişi də artırılır.

İbrahim Kərbalayev onu da əlavə edib ki, hazırda “Azəriqaz” 2,4 milyondan artıq təbii qaz istehlakçısına xidmət göstərir.

APA