“Hatayda `Kökünü Qurutma Əməliyyatı` ilə 117 şübhəli saxlanılıb”
“Hatayda `Kökünü Qurutma Əməliyyatı` ilə 117 şübhəli saxlanılıb”
30.11.2022 MEDİA Tərəfindən

Türkiyə Daxili işlər naziri Süleyman Soylu Hatayda narkotik alverçilərinin “Kökünü Qurutma Əməliyyatı”nda barələrində həbs qərarı çıxarılan 117 şübhəlinin saxlanıldığını bildirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir Soylu, Bölgə Təhlükəsizlik Müdirliyinin Şəhər Təhlükəsizlik İdarəetmə Sistemi Mərkəzində (KGYS) verdiyi açıqlamada, narkotik ticarəti ilə mübarizə ilə əlaqədar Hatayda "Kökünü Qurutma Əməliyyatı" həyata keçirdiklərini qeyd edib. 

Soylu, "Təxminən 441 qrup, 42-si xüsusi əməliyyat elementi olmaqla 1 helikopter, 2 PUA və 26 narkotik itinin də yer aldığı, 199 fərqli ünvanda Hatay Respublika Baş Prokurorluğu ilə koordinasiyada keçirilən əməliyyatda 117 şübhəlinin hamısı yaxalanıb. 
Soylu əməliyyatın 5 aydır texniki təqib və monitorinqlə aparıldığını bildirib.

Soylu deyib:

“Daha bir əməliyyat qəzasız-bəlasız başa çatdı. Buradan əziz xalqımıza demək istəyirəm; Narkotiklərin Türkiyə sərhədlərinə daxil olmasına son qoymaq üçün əlimizdən gələni edirik. Bizə etibar etsinlər. Gecə-gündüz işləyirik. Xüsusilə, polis və jandarm bölmələrimiz, sərhəddəki Türkiyə Silahlı Qüvvələrimiz həqiqətən də böyük mübarizə aparır. Biz bu mübarizəni kökünü qurudana qədər davam etdirəcəyik.” 

İlahə Əliyeva