Hansı siyasət işlədiblər...-Alim Qasımov
18.09.2020

Alim Qasımov qalmaqallı klipindən danışdı: "Hansı siyasət işlədiblər..."

Xalq artisti Alim Qasımovun ilahiyyatçı Seyyid Taleh Boradigahi ilə birgə çəkdirdiyi "Hədəfim Hüseyndir” adlı klipində Azərbaycanın cənub bölgəsinin İran ərazisi kimi göstərildiyi xəritənin yer alması qalmaqala səbəb olub.

Xalq artisti məsələdən xəbərsiz olduğunu bildirib: "Klip haqqında menecerlə danışmışdım. Klip İmam Hüseynlə bağlı idi. Studiyada oxuyub çıxdım. Orada nə baş verdiyindən xəbərsizəm. Kimlər nə ediblər, hansı siyasəti işlədiblər, məlumatım yoxdur. Mən bilmirəm".
Qeyd edək ki, xalq artisti Alim Qasımovun ilahiyyatçı Seyyid Taleh Boradigahi ilə birgə çəkdirdiyi klipində Azərbaycanın cənub bölgəsinin İran ərazisi kimi göstərildiyi xəritə yer alıb. Bu, sosial şəbəkələrdə qızğın müzakirələrə yol açıb və xanəndə buna görə sərt tənqid atəşinə tutulub.

Visiontv.az