Gürcüstanın Baş Naziri istefaya gedir
03.06.2020

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria istefa verir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə “İnterpress news” xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl “Mtavari arxi” telekanalı da Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın istefa verəcəyi və onu Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin əvəz edəcəyi ilə bağlı məlumat yayıb.