Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə ediləcək vətəndaşlar 11 iyul tarixində Tbilisidə COVID-19 testindən keçiriləcəklər.
Testlərin nəticəsi iyulun 12-dən sonra açıqlanacaq.
Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar 13 iyul tarixində Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd keçid məntəqəsinə yollanacaqlar.