Gürcüstanda “Maydan” ssenarisi sadəcə müzakirə edilməyib, həm də buna hazırlıqlar görülüb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın xarici işlər nazri Maka Boçorişvilinin bəyanatında belə qeyd edilib.
XİN başçısı Gürcüstanın daxili işlərinə müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb.
Boçorişvili müxtəlif Avropa rəsmilərinin Gürcüstanda qeyri-sabitlik, həmçinin konstitusiya quruluşuna qarşı müxtəlif ssenarilər arzusunda olduqlarını qeyd edib.
“Bunlar arasında “Maydan” ssenarisi də var ki, bu yalnız müzakirə edilməyib, buna həm də hazırlıqlar görülüb”, - nazir qeyd edib.
İran xalqı ac-yalavac, Xamenei isə deyir “Xoşbəxtlikdən sankisyalar daha az təsirli olur”