Gürcüstan dəmir yolları ilə xam neft daşımaları 7% artıb
11.11.2019

2019-cu ilin ilk 10 ayı ərzində Gürcüstanın dəmir yolları vasitəsi ilə 8,57 milyon ton xam neft daşınıb.

Visiontv.az xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları (Georgian Railways) şirkətinin hesabatında məlumat verilib. Hesabata görə, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.

Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanda dəmir yolu ilə ümumilikdə 64,000 konteyner (TEU) daşınıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 34%, 2016-cı illə müqayisədə isə iki dəfə çoxdur.

Təkcə oktyabr ayı ərzində isə bu ölkədə dəmir yolu ilə 1 milyon ton yük daşınıb ki, bu da 2019-cu ilin ayları üzrə ən yüksək göstəricidir.

2018-ci ilin oktyabr ayında isə daşınan yüklərin həcmi  825 ton təşkil edib. 

APA