Günün ulduz falı
28.11.2019

Visiontv.az bu günə olan ulduz falını təqdim edir.

Qoç
Ailə-məişət problemlərini həll etməyə çalışacaqsınız. Səhər saatlarında alacağınız xəbər sizi hərəkətə keçməyə vadar edəcək. Gün boyu hisslərinizə nəzarəti itirməyəcəksiniz.

Buğa
Əgər bu gün yola çıxmalı olsanız, onda sizə yoldaşlıq edə biləcək adamı diqqətli seçin. Yolu sizə rahatlıq gətirəcək biri ilə paylaşmaq günboyu səbirli olmanızı təmin edər. Yaxın zamanlarda gəliriniz olacaq.

Əkizlər
Düşdüyünüz vəziyyətdə mətiqlə hərəkət edəcəksiniz. Yoldaşlarınızın bəzi söz-söhbətləri bir az canınızı sıxacaq. Bu səbəbdən günə bir balaca həssas başlayacaqsınız.

Xərçəng
Səhər saatlarında sizinlə iş birliyi qurmaq, ortaq bir qərara gəlmək rahat olacaq. Ancaq irəliləyən saatlarda vəziyyət dəyişəcək. Aqressiv şəxslərdən uzaq durun ki, əsəbləriniz korlanmasın.

Şir
Bu gün işlərinizi sürətlə həll etdikcə onların sayı daha da çoxalacaq. Bu durum sizin üçün başlıca risklərdən biri ola bilər. Ulduzlar zamanla yarışmamağı tövsiyə edir.

Qız
Bu gün şən olacaqsınız, sevdiklərinizlə əylənmək fürsəti tapacaqsınız. Ulduzlar sağlamlığınızın qayğısına qalmağı məsləhət görür. Gözəllik və özünəqulluq üçün münasib gündür.

Tərəzi
Çox vacib deyib qərarlar verirsiniz, daha sonra isə həmin qərarları pozursunuz. Bu addımla yaxın ətrafınızı təəccübləndirirsiniz. Uzun yolçuluq da istisna deyil.

Əqrəb
Özünüzə ayırmağa çalışdığınız zamanı mühüm məsələlərin həllinə sərf etmək məcburiyyətində qalacaqsınız. Düşüncələrinizi dilə gətirərkən ifadələrinizə fikir verin. Qarşı tərəf sizi xoş niyyətinizə görə deyil, ağzınızdan çıxan kəlmələrə görə dəyərləndirəcək

Oxatan
Olayların yaxşı tərəfləri var. Çox uzun zamandır arzuladığınız şey qapınıza qədər gələcək. Sevincinizi dostlarla paylaşacaqsınız.

Oğlaq
Özəl həyatınızla bağlı vacib qərarlar verəcəksiniz. Qərarlarınızda israrlı olsanız, daha xoşbəxt ola bilərsiniz. Ən azı özünüzə olan inam artacaq.

Dolça
Sizə yaxın biri ilə əməkdaşlıq edəcəksiniz. Ancaq siz bu ortaqlığı istəməyəcəksiniz. Çünki həyatınızda ən son seçim həmin şəxslə şərikli işə qoşulmaqdır.

Balıqlar
Bu gün fərqli işlə məşğul olmaq istəyəcəksiniz. Gün mənəvi baxımdan xoş, fiziki baxımdan isə yorucu olacaq. Bir mövzu ətrafında aparılan mübahisədə özünüzü müdafiə etməyə çalışacaq və bu uğurlu alınacaq.