Günün qoroskopu ( 26.05.2019 )
26.05.2019

Maliyyə məsələlərinə daha çox diqqət ayırın


Qoç
Təşkilatçılıq məharətinizi nümayiş etdirin. Gün ərzində sizi maraqlı və faydalı insanlarla görüşlər gözləyir.
Əlaqələri gücləndirin. Fiziki aktivlik gərginlikdən qurtulmağınıza kömək edə bilər.

Buğa
Yaxınlarınıza və qohumlarınıza yetərincə diqqət ayırın. Səbrsiz olmayın, emosiyaların təsiri altında hərəkət etməyin. Yaşam arealınızı qaydaya salın. Hissləri nizamlayın. Ailə üzvlərinin qayğısına qalın.

Əkizlər
Fiziki iş üçün əlverişli zamandır. Rəqiblərlə mübarizədə geri çəkilməyin. Günün ilk yarısında yaşananlara həddən ziyadə emosional reaksiya verməyin. Yaxın ətrafınızdakı insanlara heç nə vəd etməyin.

Xərçəng
Günün ilk yarısında fikir ayrılığı və mübahisələr istisna deyil. Tərəf və əks-tərəfləri müəyyənləşdirin. Ailəli mənsublara ulduzlar məsləhət görür ki, övladlarına nüfuzları ilə təzyiq etməsinlər.

Şir
Mübahisələri genişləndirməyin. Ünsiyyət üçün etibar etdiyiniz, bələd olduğunuz insanların çevrəsini seçin. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında təmiz havada mümkün qədər çox vaxt keçirin.

Qız
Ailə və ev problemləri yaranacaq. Düşünülmüş addım atmalısınız. Səhhətinizə fikir verin. Qəfil yorğunluq və zəiflik hiss etsəniz, dincəlin.

Tərəzi
Işdə artıq sözlər deməyin. Mübahisələrə qatılmayın. Şəxsi münasibətlərdə və işdə qayda yaradın. Səhər saatlarından ziddiyyətli olaylara hazır olun. Tələsik qərar verməyin. Səfər, mədəni istirahət üçün əlverişli gündür.

Əqrəb
Alış-verişə can atmayın, çünki bədxərclik istisna deyil. Romantik macəra və ya sərgüzəşt axtarışında olmayın.
Yerinə yetirməyəcəyiniz işi vəd etməyin. Nəticəsi olacaq işi seçin.

Oxatan
Tənbəllik etməyin, səliqəli və dəqiq olun. Perspektivlər genişlənir. Mühüm məsələni rahat həll etmək olar. Anlaşma, sövdələşmə, müzakirə və alış-veriş üçün uğurlu gündür.

Oğlaq
Günün ilk yarısında istədiyiniz maraqlı işlə məşğul olun. Öhdənizə götürdüyünüz işi başa vurun. Ailədə izafi gərginlik yaşanmasının qarşısını alın ki, bədxahlar sevinməsin.

Dolça
Maliyyə məsələlərinə daha çox diqqət ayırın. Alış-veriş üçün əlverişli vaxtdır. Əhvalınız gün ərzində dəfələrlə dəyişəcək. Heç nəyi mürəkkəbləşdirməyin. Izafi enerjidən qurtulmaq üçün çıxış yolu gərəkdir.

Balıqlar
Günün ilk yarısında səfərə və ya gəzintiyə yollanmayın. Ünsiyyət çevrənizi məhdudlaşdırın. Yaxınlarınızın istəklərini, tələblərini nəzərə alın. Çoxdan bəri diqqətinizi gözləyən insanla maraqlanın.